Yaxşı kitablar oxumaq insanları nəcibləşdirir

28 Sentyabr 2015 16:15 (UTC+04:00)

Sən demə, ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb.

Movqe.az  "AH-onlayn" saytına istinadla xəbər verir ki, elmi eksperimentdə 4 min nəfər iştirak edib. Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər bildiriblər ki, kitab oxumağı sevənlər nə yuxusuzluqdan, nə stressdən, nə də depressiyadan əziyyət çəkirlər. Üstəlik, onlar həyatın çətin sınaqlarından alnıaçıq-üzüağ çıxırlar.