Kameron:"Ya batacağıq, ya da üzəcəyik"

11 Oktyabr 2012 16:20 (UTC+04:00)
Movqe.az xəbər verir ki, son aylarda müxalifətdəki İşçi Partiyası qarşısında böyük dəstək itkisinə məruz qalan İngiltərə Baş naziri Deyvid Kameron prezidenti olduğu Mühafizəkar Partiyasının Börminqham şəhərindəki illik konqresində partiyasından dəstək istəyib.Ölkənin iqtisadi olaraq hesablaşma zamanı yaşadığını söyləyərək, "Ya batacağıq ya da üzəcəyik" deyən Kameronun nitqindən sonra səhnəyə gələn həyat yoldaşı Samanthayla öpüşməsi salondan böyük alqış alıb.