"Juventus" üçün əlimdən gələni etmişəm"

28 Sentyabr 2015 18:15 (UTC+04:00)

"Juventus"un keçmiş hücumçusu Karlos Tevez komandanın bu mövsüm uğursuz çıxışı haqqında danışıb. Argentinalı futbolçu Turin klubunun hazırki durumuna üzüldüyünü dilə gətirib.Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, Tevez "Boca"ya qayıtmalı olduğunu da bildirib.

"Juventus"un oyunlarına baxıb ağrı hiss edirəm. Çünki ürəyimin bir hissəsini bu klubda qoymuşam. Buna görə belə nəticələri görəndə narahat oluram. Nəzərə almaq lazımdır ki, klubdakı dəyişiklikdən sonra baş verənlər normaldır. Mən özüm "Juventus" üçün əlimdən gələni etmişəm. Amma "Boca Juniors"un köməyimə ehtiyacı vardı. "La Bombanera"da yenidən meydana çıxmaq arzum vardı. Bir Çin klubu mənə ildə 20 milyon avro maaş təklif edirdi. Amma pul heç nəyi dəyişmədi".