Velosipeddən müntəzəm istifadə insan ömrünü uzadır

28 Sentyabr 2015 18:35 (UTC+04:00)

Velosipeddən müntəzəm istifadənin insan ömrünü uzatdığı məlum olub. Hollandiyanın Utrecht Universitetində bununla bağlı aparılan araşdırmada velosipeddən mütəmadi istifadə edən insanların digərlərindən daha çox yaşadığı məlum olub.

Movqe.az xarici KİV-lərə istinadən məlumat verir ki, statistik məlumatlara əsasən Hollandiyada həftədə orta hesabla 75 dəqiqə velosiped sürənlərlə bağlı araşdırmada velosipedin insan ömrünü altı ay uzatdığı bildirilib.

Dünya Səhiyyə Təşkilatı və Hollandiya Statistika Bürosunun məlumatına əsasən, ölkədə ildə təxminən 11 min nəfər velosipeddən istifadə etdiyi üçün daha çox yaşamaq şansı qazanır.

Velosipeddən istifadənin faydalı olduğu barədə ilk dəfə məlumat əldə edən alimlər bununla bağlı təbliğatın daha geniş aparılmasını tövsiyə ediblər.

On altı milyon əhalisi olan Hollandiya dünyada velosipeddən istifadəyə görə ön sıralardadır. Bu ölkədə 18 milyon velosiped var.