Azərbaycanın efir məkanında növbəti profilaktika

28 Sentyabr 2015 18:45 (UTC+04:00)

Oktyabrın əvvəlində Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika aparılacaq. Bunu "Teleradio" İstehsalat Birliyindən deyiblər.


Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılacaq.


Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.