"Drakslerə də, Martial kimi uzun yol keçmək lazımdır"

28 Sentyabr 2015 19:45 (UTC+04:00)

"Manchester United"in baş məşqçisi Lui van Qaal Çempionlar Liqasının qrup mərhələsində "Wolfsburg"a qarşı keçiriləcək oyundan öncə medianın qarşısına çıxıb. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, holland mütəxəsis bunları deyib:

"Mən "Bavariya"da çalışanda Yulian Draksler istedadlı gənclərdən biri idi. Onu tanıyıram. Drakslerə də, Martial kimi uzun yol keçmək lazımdır. Amma o, müəyyən vaxtdır oynadığı üçün yolu biraz qısa ola bilər".

"Levandovskinin "Wolfsburg"a 9 dəqiqə ərzində 5 qol vuruğunu izləmişəm. Lakin həmin oyunun ilk hissəsinə də baxmışam. Rəqib çox güclü görünürdü. Belə məğlubiyyət almalarına inanmaq çətindir. "Barcelona"da işləyəndə 15 dəqiqə ərzində 3 topluq üstünlüyü itirib "Valencia"ya 3:4 uduzmuşduq. Bu, 9 dəqiqəyə buraxılan 5 qoldan daha yaxşıdır".