Keçmiş sevgililərə görə ayrılırlar

29 Sentyabr 2015 00:00 (UTC+04:00)

Aktrisa Serenay Sarıkaya və aktyor Kərəm Bürsinin arası dəyib.

Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çəkildikləri reklam filmindən sonra sevgili olan cütlük bu yaxınlarda yeni filmə çəkilməklə bağlı təklif alsalar da, layihənin həyata keçməsi təxirə salınmışdı.

Sevgililərin aralarında soyuq külək əsməsinə səbəb kimi isə Sarıkayanın keçmiş sevgililəri göstərilir. Belə ki, Serenayın bir müddət sevgi münasibəti yaşadığı aktyorlar Pamir Pekin və Çağatay Ulusoyu İnstaqramda hələ də izləməsi Kərəmi əsəbiləşdirib.

Məşhur cütlüyün fanatları sosial mediada onları bir-birinə çox yaraşdırdıqlarını, tez barışmalarını istədiklərini yazırlar.