Azərbaycanlı hacıların ilk qrupu Vətənə dönüb

29 Sentyabr 2015 11:00 (UTC+04:00)

Azərbaycanlı zəvvarların ilk qrupu Vətənə dönüb. Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov məlumat verib.

O, bildirib ki, zəvvarların növbəti qrupu bu gün saat 13:45 və axşam 22:45-də Bakıda olacaqlar.

Digər zəvvarlar isə növbəti günlərdə Vətənə gələcək.

M.Payızov onu da bildirib ki, ziyarətə gedəndə təyyarələrdə 40-50 nəfər gedirdisə, qayıdan təyyarələr daha böyük olduğundan, eyni vaxtda 260-280 ziyarətçi qayıdacaq.

Şöbə rəhbəri sentyabrın 28-də vəfat edən azərbaycanlı zəvvarın bu gün dəfn ediləcəyini də əlavə edib.

Qeyd edək ki, azərbaycanlı zəvvarlardan 3-ü Məkkədə dünyasını dəyişib. Onlardan ikisi kişi, biri qadındır.