Tez-tez səyahət etmək sağlamlığa ziyan vurur

29 Sentyabr 2015 11:25 (UTC+04:00)

Movqe.az xarici mətbuata iditnadən məlumat verir ki, səyahət həvəskarı obrazının bütün cəlbediciliyinə baxmayaraq, alimlər hesab edirlər ki, tez-tez səyahət etmək insanın sağlamlığında mənfi təsir göstərə bilər.

Lunda və Surreya Universitetlərinin tədqiqatçıları iddia edirlər ki, səyahət həvəskarları müəyyən vaxtdan sonra hər bir səyahətçi dərin damarların trombozundan əziyyət çəkə bilər. Çünki bu problem səyahətçilərin məruz qaldığı stresslər nəticəsində, habelə insan tənha olanda əmələ gəlir.

Alimlər ilk dəfə deyildir ki, belə xəbərdarlıq edirlər. Veytsman Universitetinin alimləri bu yaxınlarda müəyyən ediblər ki, tez-tez səyahətə çıxmaq piylənmə, habelə yuxu və oyaq qalma sikllərinin pozulmasına səbəb olur. Bu da mütləq orqanizmdə baş verən müxtəlif metabolik proseslərə təsir göstərir.

Buna görə də alimlər hətta bu əyləncəli istirahət növündə də ifrata varmamağı tövsiyə edirlər.