"Shakhtar"un futbolçusu Sevçenkonu qabaqladı

29 Sentyabr 2015 12:20 (UTC+04:00)

"Shakhtar"un braziliyalı futbolçusu Aleks Teyşeyra Ukrayna Premyer Liqasının 9 turunda 5 dəfə dubl edib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, bununla da, 25 yaşlı yarımmüdafiəçi əfsanəvi Andrey Şevçenkonu qabaqlayıb. Ukraynalı keçmiş hücumçuya 5 dəfə dubl etmək üçün 21 oyun lazım olmuşdu.

Qeyd edək ki, Donetsk klubu turnir cədvəlində "Dinamo"dan sonra ikinci pillədədir.