Ruhaninin hədəfində İsrail var

29 Sentyabr 2015 12:38 (UTC+04:00)

Ruhani BMT-də etdiyi çıxışında Suriya və Yəmənə sülh gətirmək üçün bütün demokratik yardımlara hazır olduqlarını söyləyib. Movqe.az-ın məlumatına görə, Ruhani bölgədəki qeyri-sabitliyin və terrorizmin, ABŞ-ın İraqı işğal etməsindən sonra meydana gəldiyini deyib . İran prezidenti bölgədəki nüvə razılaşması ilə əlaqədar qeyri-adi ifadələr edib. Ruhani İranın nüvə razılaşmasını qəbul etdiyini, amma İsrailin bölgədəki "tək istisna" olmasına icazə verilməsinin qəbul edilə bilməz olduğunu deyib. Ruhani ABŞ ilə həyata keçirilən nüvə müzakirəsinin və razılaşmanın isə, "döyüşə qarşı bir zəfər" olduğunu, Yaxın Şərqdəki sabitlik üçün böyük bir addımın atıldığını deyib.