Obamadan Əsədə sərt ifadələr-Video

29 Sentyabr 2015 13:13 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası görüşündə Əsəd rejiminə qarşı sərt ifadələr işlədib. Movqe.az-ın məlumatına görə, Obama Suriya lideri Əsəd üçün "tiran" ifadəsini istifadə edib. Suriyanı Əsəd rejimindən qurtarmaq üçün çağırış edib. Barak Obama Suriya böhranının həlli üçün İran və Rusiya da daxil olmaq üzrə bütün ölkələrlə birlikdə çalışa biləcəklərini açıqlayıb. İŞİD üçün isə, belə bir təşkilata dünyada yer yoxdur ifadələrini deyib.