ABŞ-ın Özbəkistandakı səfirliyinin binasına yandırıcı maddə olan iki qurğu atılıb

29 Sentyabr 2015 18:50 (UTC+04:00)

Naməlum şəxslər ABŞ-ın Özbəkistan paytaxtı Daşkənddəki səfirliyinin binasına yandırıcı maddə olan əldədüzəltmə iki qurğu atıblar. "Report" xəbər verir ki, bu haqda Özbəkistan KİV-i məlumat yayıb.

Xəbərə görə, qurğulardan biri partlasa da, hadisə nəticəsində xəsarət alan olmayıb. Səfirlik fəaliyyətini davam etdirir. Diplomatik missiyanın binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerində araşdırma aparılır.