"Barcelona" daha bir futbolçusunu itirdi

30 Sentyabr 2015 12:29 (UTC+04:00)

"Bayer Leverkusen"lə matçda meydanı 60-cı dəqiqədə tərk edən İniesta müayinədən keçib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, yarımmüdafiəçi 4-6 həftə komandasına kömək edə bilməyəcək. 31 yaşlı futbolçunun əzələsində dartılma olub. Qeyd edək ki, bir neçə gün öncə "Barca"nın digər aparıcı ulduzu Lionel Messi də zədələnərək 7 həftə müddətinə sıradan çıxmışdı.