"Camp Nou"dakı atmosferin dəyişməsin istərdim"

30 Sentyabr 2015 12:40 (UTC+04:00)

Çempionlar Liqasının son qalibi "Barcelona" qrup mərhələsinin ikinci oyununda "Bayer Leverkusen"i çətinliklə məğlub edib. 80-ci dəqiqəyə qədər minimal hesabla geri olan katalonlar 2 dəqiqəyə vurulan 2 qolla qələbə qazanıb. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, matçdan sonra komandanın çalışdırıcısı Luis Enrike hesabda geri olduqları zaman azarkeşlərin dəstəyinə ehtiyac duyulduğunu söyləyib.

"Ağır oyun idi. Bu, bizim Messisiz ikinci oyunumuz oldu və qalib gəldik. "Bayer"in müqavimət göstərməsi bizə problem yaratdı. Amma ikinci hissədə təzyiqi artırdıq. Nəticədən razı qaldım. Komanda tərifi haqq edir. azarkeşlərin narazılığını başa düşürəm. Lakin onların dəstəyi bizə hesabda geri olduğmuz zaman lazımdır, 2:1 üstün olanda yox. "Camp Nou"dakı atmosferin bir qədər dəyişməsini istərdim. Oyunun gedişatını inam və gücümüzə əminlik sayəsində dəyişdik. "Bayer" yaxşı müdafiə olunmaqla bizi narahat etdi. Qrupumuz çətindir. Birinci pilləni tutmağa çalışacağıq. Amma nəyisə dəyişmək lazımdır. Bütün futbolçular mübarizə əzmi ilə sona qədər döyüşdülər".