Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtləri tətbiq edilə bilər

30 Sentyabr 2015 13:55 (UTC+04:00)

Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtlərinin tətbiq edilməsi təklif edilir.


Movqe.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib ki, Azərbaycanda müəllimlərin və həkimlərin əmək haqlarının məbləği sosial ipotekadan faydalanmağa imkan vermir: "Müəllim və həkilmlərin maaşı sosial ipoteka üçün qoyulan normalara çatmır".


M.Quliyev bildirib ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir: "Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik olunsun və müəllimlər və həkimlər sosial ipoteka üçün xüsusi kateqoriyaya daxil edilsin".