Oktyabrın ilk günündə 31 dərəcə isti

30 Sentyabr 2015 14:15 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 17-20, gündüz 27-31 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 30-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə əsasən Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.