Azərbaycan XİN rəhbəri makedoniyalı həmkarı ilə görüşüb

30 Sentyabr 2015 15:45 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Makedoniya xarici işlər naziri Nikola Poposki ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub. 

 

E. Məmmədyarov Azərbaycanın Balkan regionu ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin və müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə Azərbaycan və Makedoniya arasında enerji, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu bildirilib, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığı və qarşılıqlı dəstəyinin vacibliyi qeyd edilib.

 

Bununla yanaşı, Cənub qaz dəhlizinin reallaşdırılması, Şahdəniz II layihəsinin icrası, habelə TANAP və TAP xəttinin inşası üzrə işlərin gedişi barəsində məlumat verən E. Məmmədyarov layihə çərçivəsində boru xəttinin keçəcəyi ölkələrdə yeni iş yerlərinin və investisiya imkanlarının açılacağını, regional əməkdaşlığın inkişaf edəcəyini və diversifikasiya olunmuş mənbə hesabına qaz təchizatının təmin olunacağını diqqətə çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.əlumata görə, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də sutkalıq növbətçilik yaradılıb.

 

Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, "Qaynar xətt" fəaliyyətə başlayır.

 

Qeyd edək ki, "Qaynar xətt" 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək.