"Pullarımı nəvəmə xərcləyirəm" - əməkdar artist

30 Sentyabr 2015 18:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni "Yeri gəlmişkən" verilişində alış-verişi sevdiyini bildirib:


"Əhvalım pis olanda çox pul xərcləyirəm, özümə yeni nəsə alıram. Uşaqlıqdan qənaətçil olmuşam. Məktəbə gedəndə anam pul verirdi, yığırdım. Özümə nəsə bir şey alırdım. İndi isə pulumu nəvəmə xərcləyirəm. Həyatda kim üçün yaşayıram ki? Onun hər şeyi mənim üzərimdədir".