Məhkəmə Jirinovskinin Qorbaçova qarşı iddiasına baxacaq

30 Sentyabr 2015 21:00 (UTC+04:00)

Moskva məhkəməsi oktyabrın 15-də Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin SSRİ-nin eks-prezidenti Mixail Qorbaçova qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunu qorumaq barədə iddiasına baxacaq.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iş üzrə cavabdehlər M.Qorbaçov və "İzdatelstvo ves mir" MMC-dir.


V.Jirinovski M. Qorbaçovun "Kremldən sonra" kitabında dərc edilmiş məlumatları təkzib etməyi və mənəvi təzminat qismində 1 milyon rubl tələb edir.