Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi "Qarabağ"la Avropa Liqasının qrup matçı öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
-"Qarabağ"la oyun çox çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Öz futbolçularıma inanıram. Onlara ruh yüksəkliyi verirəm.
- İlk dəqiqədə hücuma atılacaqsız, yoxsa rəqibi əks-hücumda yaxalayacaqsız?
- Rəqib də qələbə qazanmaq istəyir. Bunun üçün meydanda vuruşacağıq.
- Bu oyunla bağlı nəyin üzərində işləmisiz?
- Meydanda qol vəziyyətlərini reallaşdırmaq üzərində işləyirik. Gənc futbolçular üzərində çalışırıq
- "Qarabağ"da Reynaldo haqda nə deyə bilərsiz?
- Reynaldo çox irəliləyib. Onun yaxşı futbolçu olduğunu bilirəm.
- Vaxt fərqi sizin üçün çətin olmayacaq?
- Biz Belçikada necə hazırlaşırıqsa, burada da eyni hazırlaşırıq. Bizim üçün fərq etməz.