Nobeli çinli yazıçı Mo Yan qazandı

11 Oktyabr 2012 18:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsveç Akademiyasının daimi katibi Peter Enqlandın verdiyi açıqlamaya görə, 2012-ci il Nobel Ədəbiyyat Mükafatının çinli yazıçı Mo Yana verilib. Enqland, çinli yazıçı Mo Yanın əsərlərində verilən "tarix, nağıl və müasir gərçəkləri" tərifləyib. Çinin şimal-şərq bölgəsi Şandonq əyalətində dünyaya gələn yazıçı, əkinçil bir ailənin uşağı olub. 12 yaşında məktəbi atan yazıçının ilk qısa hekayəsi 1981-ci ildə bir ədəbiyyat jurnalında nəşr edilib, 1986-ci ildə isə yazıçı ilk qısa romanını qələmə alıb. Ənənəvi Çin ədəbiyyat mədəniyyəti ilə birlikdə, əsərlərində özünəməxsus bir dünya yaradan yazıçı, bu dünyada fantaziya ilə həqiqəti birləşdirən bir tərzə sahibdir.