Rusiya “spesnaz”ı Suriyaya girir

1 Oktyabr 2015 18:50 (UTC+04:00)

Rusiyanın Qara Dəniz Donanmasının Aralıq dənizindəki nəhəng desant gəmilərində yerləşdirilmiş dəniz piyadaları bölüyü Suriyanın Latakiyə və Tartus şəhərlərindəki Rusiya bazalarının mühafizəsinə cəlb olunub.Movqe.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə "İnterfaks"a bildirib."Qara Dəniz Donanmasının dəniz piyadaları Suriyadakı Rusiya hərbi obyektlərinin mühafizəsinə ilk növbədə cəlb olunacaq. Bura həm Tartusdakı Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat məntəqəsi, həm də Rusiya Hərbi Hava Qüvvələrinin Latakiyədəki müvəqqəti bazası daxildir" - deyə mənbə bildirib.Mənbənin sözlərinə görə, Suriyadakı Rusiya hərbi obyektlərinin mühafizəsinin təmin olunması rotasiya qaydasında həyata keçiriləcək. Bu prosesə dəniz piyadaları ilə yanaşı Rusiya xüsusi təyinatlıları və Hərbi Desant Qoşunlarının7-ci desant-hücum diviziyasının hərbi qulluqçuları da qoşulacaq. Xatırladaq ki, Rusiyanın "Korolyov" və "Aleksandr Otrakovski" desant gəmiləri bir müddət əvvəl Aralıq dənizi sularına daxil olub.