Daha bir "Nida" fəalı istefa verdi

1 Oktyabr 2015 20:40 (UTC+04:00)

"Nida" Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu istefa verib.

Məlumata görə, o, bu barədə özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ş.Novruzlu istefasının səbəblərini açıqlamayıb: "Bu gündən üzvü olduğum "Nida" Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. "Nida" ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı bundan əlavə heç bir açıqlama olmayacaq".

Xatırladaq ki, bir gün əvvəl hərəkatın İdarə Heyətinin üzvü Üzeyir Məmmədli və Aygün Pəncəliyeva da hərəkatdan istefa veriblər.