Türkiydə nazirlikdən "gerdek gecesi" tərifi

12 Oktyabr 2012 13:29 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyənin Ailə və Sosial Siyasətlər Nazirliyi yeni təhsil proqramında təzə evlənəcək cütlərə təkliflər edib. 

Kitabçada cütlüklərə 'Səni sevirəm', 'sən mənim üçün əhəmiyyətlisən' kimi ifadələrdən istifadə olunub. Əl-ələ tutmaq, sarılaraq film izləmək təklif edilib. Qadın xəstə olanda kişinin yemək bişirməsi və ya kişi xəstə olanda qadının bazarlığa getməsi kimi xüsusi hallarda cütlərin bir-birinə kömək etməsi yaxşı qiymətləndirilib.


"Cinsi əlaqə bir vəzifə anlayışı deyil, hər iki tərəfin də məmnun olacağı şəkildə yaşansa xoşbəxt evlilik alınar" - sözlərinə yer verilən kitabçada: "İlk gecə yaşanacaq olan əlaqədə qanamanın olmaması, fərq edilməyəcək qədər az olması, ya da həddindən artıq qanama olması adamın yaradılışı ilə əlaqəli durumdur" - deyilir. 

Cütlərə 'uşaq aldırma'ğın ananın ya da körpənin sağlamlığı təhlükədə olduğu hallarda lazımlı olduğu izah edilir. "Keysəriyə doğuş"un isə böyük cərrahi cəhd olduğu, həyat qurtardığı kimi sağlamlıq problemləri yarada biləcəyi deyilir.