Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi Azərbaycan və Türkiyə üçün çox vacibdir.
Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçı deyib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması bir qədər gecikir: "Hazırda tunellərin tikintisi aparılır. Düşündüyümüzdən də daha bərk süxurlarla üzləşmişik. Ümid edirəm ki, gələn il layihə başa çatacaq".