Ölənlərin sayı 14-ə çatıb

12 Oktyabr 2012 16:12 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerika Birləşmiş Ştatlarında bel ağrısı üçün vurulan steroid iynənin səbəb olduğu güman edilən göbələk qaynaqlı miningit epidemiyasında ölənlərin sayı 14-ə çatıb. 11 əyalətdə 170 adamın tutulduğu miningit epidemiyası can almağa davam edir. Yoxlamaların birindən başqa, hamısının bel ağrısı üçün şübhəli steroid iynələri vurdurduğu təyin olunub. Massaçusetsdəki xüsusi bir tibb firmasında vurulan və epidemiyanın baş

verməsiylə yığışdırılan iynənin ən az 50 şüşəsində göbələk təsbit edildiyi bildirilib. Federal sağlamlıq səlahiyyətliləri ölkə səviyyəsində steroid iynəsi vurduran 14 min adamdan 12 minini izləməkdədir. Miningit xəstəliyinin əlamətləri, ümumiyyətlə, iynələri vurduqdan 4 həftə sonra ortaya çıxır.