Deputatlığa namizədliyi qeydə alınanların sayı 882 nəfərə çatıb

3 Oktyabr 2015 09:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Deputatlığa namizədliyi qeydə alınanlardan 213 nəfərinin namizədliyi 14 siyasi partiya tərəfindən, 5 nəfərin namizədliyi "Azadlıq-2015" siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 665 nəfər namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.