"Əminəm ki, "Liverpool" favoritlarin sırasına qayıdacaq"

4 Oktyabr 2015 11:00 (UTC+04:00)

"Liverpool"un baş məşqçisi Brendan Rocers həftə son baş tuacaq "Mersesayd derbisi"ndən öncə açıqlamalar verib. Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, Rocers istefa məsələsinə dair fikirlərini də bölüşüb.

"Bu söz-söhbətlər məni narahat etmir. Ona görə yox ki, mən işləməyə zəmanət almışam. Bazar günü "Everton"la oyunda qələbə qazanmaq üçün əlimdən gələni edəcəm. Həm də, rəhbərliklə görüşdüm. Planlarda heç bir dəyişiklik və ya dramatik sonluqdan söhbət gedə bilməz. Növbəti oyuna hazırlaşırıq və qələbəyə ümid edirik. Mövsüm uzundur. Əminəm ki, "Liverpool" favoritlarin sırasına qayıdacaq. Bir sıra zədəli futbolçular, o cümlədən Staric artıq heyətə qayıdıb. Hər kəs qayıdandan sonra ilk pilləyə iddia edə biləcəyik. Biz indi də qol epizodları yaradırıq. Amma sonluqda "qatil instinkti" çatışmır".