Bu mövsüm Azərbaycan regionlarında 47 545 xarici turist istirahət edib

3 Oktyabr 2015 17:05 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə bildirib ki, Azərbaycanın Quba-Xaçmaz, Dağlıq Şirvan, yəni Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Gəncə-Qazax və Masallı-Lənkəran regionları üzrə ümumilikdə 608 233 nəfər mehmanxana və mehmanxana tipli obyektlərdə istirahət edib.


O, qeyd edib ki, sözügedən regionlarda istirahət edənlərdən 47 545-i xarici, 560 688 nəfəri isə yerli turistlər olub: "Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,7% artım deməkdir".


Aparılan araşdırmalara görə, Quba-Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələr olub.


Qeyd edək ki, bu statistika bu il 1 iyun - 31 avqust tarixlərini əhatə edir.