Azərbaycan Xalça Muzeyində "Mənim dünya"m adlı sərgi açılacaq

5 Oktyabr 2015 13:20 (UTC+04:00)

Oktyabrın 9-da Azərbaycan Xalça Muzeyində "İstedadlı Əlillər" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə "Mənim dünyam" adlı sərgi-yarmarkanın açılış mərasimi keçiriləcək.


İB-dən  bildirilib ki, tədbirdə istedadlı əlillərin ifasında konsert proqramı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Bənövşə İbrahimovanın ifasında bədii qiraət qonaqlara təqdim olunacaq.