ABŞ-da böyük göz tapılıb

12 Oktyabr 2012 18:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Amerikalı alimlər ABŞ-ın Florida ştatındakı Pompana çimərliyində çərşənbə günü tapılan nəhəng gözün sirrini həll etməyə çalışır. Çimərlikdə gəzən  bir nəfər tərəfindən tapılan gözün softbol topu böyüklüyündə olduğu deyilib. Göz araşdırılmaq üçün  Florida Dəniz və Təbii Həyatı Qoruma İnstitutuna göndəriləcək. Bəziləri gözün dəniz canavarına, nəhəng bir mürəkkəb balığına və ya balinaya aid ola biləcəyini düşünür, lakin mütəxəssislər fərqli düşünür. Deniz bioloqları gözün böyük ehtimalla bir qılınc balığına ya da dərin sularda üzən başqa bir balıq növünə aid olduğunu düşünür.