Yuli Sezara edilən sui-qəsdin yeri müəyyən edildi - FOTOLAR

12 Oktyabr 2012 18:10 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Arxeoloqlar, tarixin ən məşhur Roma İmperatoru Yuli Sezarın sui-qəsdə uğradığı yeri tapdıqlarına dair əhəmiyyətli tapıntılar əldə etdiklərini açıqladı.
Yuli Sezar, əldə etdiyi güclə Roma İmperatorluğunun ən nüfuzlu və toxunulmaz lideri olmağı bacarmış və onun nüfuzundan narahat olan Romalı senatorların eramızdan əvvəl 44-cü ilin 15 mart günündə təşkil etdiyi sui-qəsd nəticəsində imperatoru bıçaqla ölmüşdülər.
İspaniya Milli Araşdırma Şuranın açıqladığı hesabata görə, arxeoloqlar Sezarın bıçaqlandığı yeri göstərən dəlilləri əldə ediblər. Sezara qarşı təşkil edilən sui-qəsd tarixi qeydlərdə yer alsa da bu günə qədər öldürüldüyü yer haqqında heç bir arxeoloji tapıntı olmayıb.

SUİ-QƏSD YERİNİ GÖSTƏRƏN QAYA

Arxeoloqlar, Romadakı Pompey Teatrında (Curia) reallaşdırdıqları ən son qazıntılarda, üç metr genişliyində və iki metr uzunluğunda bir daş abide ortaya çıxarıb. Böyük daşın, Sezarın ardınca İmperator olan Avqustu tərəfindən hazırlatdırılmış olduğunu deyirlər.Alimlərin fikrincə üzərinə müəyyən yazılar yazılan daş abidə məhz Yuli Sezarın öldürüldüyü yerdə qoyulub.
"LiveScience" saytına açıqlama verən İspaniya Milli Araşdırma Şurasının nümayəndəsi Antonio Monterroso belə deyib: "Anıt abidəsinin üzərində olan qeydlər bizə Yuli Sezarin Pompey Teatrında eradan əvvəl  44-cü ilin 15 mart günü öldürüldüyünü izah edir. Ancaq bir çox tarixi əsərlərdə izah edilən sui-qəsdin yerini işarə edən bir tapıntı hələ tapılmayıb".