İkinci Dünya müharibəsinin qalıqları tükənmir

12 Oktyabr 2012 19:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlinin qərbindəki Postdam şəhərində bir evin bağçasında partlamamış 250 kiloqramlıq bomba tapılıb. İkinci Dünya Müharibəsindən qalmış bombanın məhv edilməsi üçün mütəxəssislər bölgəyə sövq edilib. 10 mindən çox insan isə evakuasiya olunub. Almaniya daxilində hələ döyüşdən qalan on minlərlə partlamamış bombanın mövcud olduğu təxmin edilir.