Türkiyədə 21 terrorçu öldürülüb

7 Oktyabr 2015 11:10 (UTC+04:00)

Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 21 silahlısı məhv edilib.

Miovqe.az "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu haqda Mardin əyalətinin valiliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu tutulub.

Terrorçulardan 2 min 800 kq partlayıcı maddə müsadirə edilib.

"Nusaybin rayonunda terrorçuların qazaraq, barrikada kimi istifadə etdiyi 114 xəndək doldurulub. Terrorçular tərəfindən iki dinc sakin öldürülüb, 6-sı yaralanıb. Əməliyyat zamanı bir polis əməkdaşı yüngül xəsarət alıb", - deyə məlumatda bildirilib.