Musiqili Teatrın yeni saytı hazırlanır

7 Oktyabr 2015 13:53 (UTC+04:00)

Yaxın günlərdə Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə veriləcək.

Teatrın mətbuat xidmətindənbildirilib ki, hazırda bu sənət ocağında www.statemusicaltheatre.az saytı fəaliyyət göstərir. 106-cı mövsümün başlanması ərəfəsində isə teatr rəhbərliyi yeni saytın yaradılması ilə bağlı qərar verib.


"Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyidir. Yeni saytımızı hazırlayan yaradıcı və texniki heyət qabaqcıl dünya teatrlarının bu sahədəki təcrübəsindən maksimum yararlanmağa çalışır. İnanıram ki, ortaya yaxşı bir iş çıxacaq. Artıq tamamlanma işləri gedir. Yəqin ki, növbəti həftə üçün yeni saytımız hazır olacaq", - deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.