Həcc mövsümü başladı
13 Oktyabr 2012 20:48 (UTC+04:00)
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yollanmağa başlayıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə,
artıq iki təyyarə Səudiyyə Ərəbistanına yola düşüb. Onlardan biri
oktyabrın 12-də, digəri isə oktyabrın 13-də bu ölkəyə uçub.
Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə yola salınırlar. Bundan sonra
azərbaycanlı zəvvarlar daha 10 reyslə müqəddəs yerlərə gedəcək.
Müvafiq olaraq 4 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç,
17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə
Ərəbistanına istiqamət götürəcək.
Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr
tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtması
nəzərdə tutulur. Müvafiq olaraq 5 noyabrda iki, 6 noyabrda iki, 7
noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11
noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.