"Zombi günü"nü qeyd etdilər

15 Oktyabr 2012 15:22 (UTC+04:00)

Movqe.az "The Sun"a istinadən xəbər verir ki, dünən Londonda "Zombi günü" qeyd olunub. Bu tibb bacısı dünən öz görüntüsündə ona baxanlarda qorxu yaradan dəyişiklik edib. O, dünən Londonda keçirilmiş "Beynəlxalq Zombi günün"ə toplaşmış 2000 nəfər insandan sadəcə biri idi. Dünən Londonda yerləşən Cənub bankı qana bulanmış biznesmenlərdən tutmuş bədniyyətli təlxəklərə qədər yaşayan ölülərlə dolu idi. Təbii ki, bütün bunlar həqiqətə uyğun deyil. Bu sadecə bir bayramdır. "Zombi günü" ilk dəfə 2006-cı ildə Birləşmiş Ştatlarda qeyd olunub və o gündən sonra isə dünyanın hər yerində milyonlarla insan tərəfindən keçirilir. Bu isə cəhənnəmin qələbəsi deməkdir.