Türkiyənin Şırnak vilayətində terrorçular müəllimləri girov götürüblər

7 Oktyabr 2015 21:00 (UTC+04:00)

Movqe.az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, PKK terrorçuları Silopi qəsəbəsində 5 orta məktəbdə dərs vaxtı 20-dən artıq müəllimi şagirdlərin gözü qarşısında sinifdən çıxarıblar. Lakin bir müddət sonra müəllimlər sərbəst buraxılıb. Terrorçuların hansı məqsədlə bu hadisəni törətdiyi bəlli deyil.