Türkiyəli hakim dünya çempionatına təyinat aldı

15 Aprel 2012 18:53 (UTC+04:00)
Türkiyəli futbol hakimi Cüneyt Çakıra daha bir önəmli təyinat gəlib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 36 yaşlı referi 2014- ildə Braziliyada keçiriləcək dünya çempionatının oyunlarını idarə edəcək. Çakır mundialda oyun idarə edəcək 18 baş hakim siyahısına salınıb. Qeyd edək ki, Cüneyt Çakır 2012-ci il Avropa çempionatına da təyinat alıb.