Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək

9 Oktyabr 2015 12:00 (UTC+04:00)

Movqe.az-ın "news.am"a istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, Ermənistanda yeni  hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna sahib olacaq.