Suriyada "kirli müharibə" davam etməkdədir
15 Oktyabr 2012 16:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Suriya vətəndaş
müharibəsinin 19-cu ayına girərkən iki tərəfdən də edam xəbərləri
gəlməkdə davam edir. Suriyada Bəşər Əsəd rejiminə bağlı əsgərlərin
müxaliflər tərəfindən edam edildiyi görünüşləri yayımlanıb. "Sunday
Times" qəzetində nəşr olunan bir fotoşəkildə, Suriyalı bir müxalif
diz çökdürdüyü Əsəd əsgərlərinin arxasında əlində tapançayla
dayanıb. Qəzetin xəbərinə görə, müxalif döyüşçü Əsədin əsgərlərini
sonra tək-tək edam edib. Əsədə bağlı əsgərləri edam edən döyüşçünün
Əl Qaidə tərəfdarı Əl Nusra cəbhəsindən olduğu bildirilib. Qrupun
bu fotoşəkili internetdə yaymaqla Şam rəhbərliyi üçün döyüşən
əsgərlərə göz dağı verməyə çalışdığı deyilir.