Nuri əl-Maliki: "ABŞ mane ola bilməz!"

15 Oktyabr 2012 17:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-ın İraqa mane ola bilməyəcəyini söyləyən İraqın baş naziri Nuri əl-Maliki, 'ABŞ, Rusiyanın İraqa silah satışını blok edə bilməz' deyib.Rossiya 1 kanalına müsahibə verən Maliki, "İraq kimdən silah, kimdən neft alması lazım olduğunu bəzilərilə məsləhətləşmək məcburiyyətində deyil, öz qərarımızı özümü verərik" deyib.Nuri əl-Maliki ötən həftə Moskvaya rəsmi səfər edib. Maliki, Dövlət Başçısı Vladimir Putin və baş nazir Dmitriy Medvedev ilə bir araya gələrək iki ölkə arasındakı iqtisadi və ictimai əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq addımları müzakirə edib. Görüşlər əsnasında İraqa 4.2 milyard dollarlıq silah satışını təsdiq edən müqaviləyə də imza atılıb.