İsrail hərbçiləri ilə toqquşmalarda sutka ərzində 9 fələstinli ölüb

11 Oktyabr 2015 21:00 (UTC+04:00)

Movqe.Az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Haaretz nəşri məlumat yayıb. İnsidentlər nəticəsində hər iki tərəfdən 16 nəfər xəsarət alıb.

Ölənlər arasında iki fələstinli yeniyetmənin olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 9-ada isə Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 7 fələstinli ölüb, 60-dan çoxu yaralanıb. İordan çayının Qərb sahilində isə israillilərlə baş vermiş toqquşmalarda 1 fələstinli ölüb, bir neçə İsrail vətəndaşı daxil olmaqla 400 nəfər xəsarət alıb.