Kürd silahlıları Türkiyədə hərbi fəaliyyəti dayandırdıqlarını elan ediblər

12 Oktyabr 2015 00:30 (UTC+04:00)

PKK terror təşkilatı silahlılarına noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində hər-hansı hərbi fəaliyyətin dayandırılmasına dair göstəriş verib.


Movqe.az-ın "RİA Növosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə PKK-nın hərbi qolunun yaydığı bəyanatda bildirilir.

"Türkiyədən və xaricdən səsləndirilən çağırışları diqqətə alaraq bizim hərəkat, fəallarımıza hücum halları istisna olunmaqla, hərbi aktivliyini dayandırıldığını elan edib", deyə bəyanatda bildirilir.