Əfqanıstanda NATO helikopterinin qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb

12 Oktyabr 2015 11:24 (UTC+04:00)

Əfqanıstanda NATO qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb.

Movqe.az-ın "Guardian"a istinadən verdiyi məlumata görə, həlak olan hərbçilərdən ikisi Britaniya vətəndaşıdır. Britaniya Müdafiə Nazirliyindən bildiriblər ki, Puma Mk2 nəqliyyat helikopteri Kabildə NATO-nun "Həlledici dəstək" əməliyyatı qərargahı yaxınlığında eniş etmək istəyərkən partlayıb. "Helikopterdə 10 nəfər olub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Biz hələlik bunun qəza nəticəsində və ya silahlı qruplaşma tərəfindən törədilməsini təsdiq edə bilmərik",- deyə Müdafiə Nazirliyindən bildirilib.

Ölən digər 3 hərbçinin hansı ölkədən olduğu hələlik məlum deyil.