"Gecən xeyrə öpüşü" artıq yoxdur

15 Oktyabr 2012 19:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərədə aparılan araşdırmaya görə, cütlüklər artıq bir-birinə "səni sevirəm" demədən və "gecən xeyrə öpüşü" vermədən yatırlar. Ağır həyat şəraiti romantikaya mənfi istiqamətdə təsir etməyə davam edir. İngiltərədə aparılan araşdırmaya qatılan cütlüklərin 90 faizi "səni sevirəm" deyib kürəklərini dönərək yatdıqlarını etiraf ediblər. 2000 cütlüyün qatıldığı araşdırmanın nəticələrini qiymətləndirən ekspertlər yatan kəslərin bədən dillərindən nə hiss etdiklərinin aydın olduğunu ifadə ediblər. İngilis "Daily Mail" qəzetinə danışan psixoloq Korrin Svit bunları söyləyib: "Cütlüklər ilk günkü ehtiraslarını zamanla itirə bilər. Bu vəziyyətdə şirin bir yuxuya gedərək bir-birilərinə kürəklərini dönərlər. Bədən dilində bu şəkildə yatmaq məsumluğu və etibarı təmsil edir." 2000 cütlükdən təkcə 1 faizinin, qadının kişinin sinəsində yuxuya getdiyi "romantik film səhnəsi mövqeyi" olduğu məlum olub.