Bağdadda kral ailəsinin əşyaları sərgiləndi

15 Oktyabr 2012 20:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, İraqın paytaxtı Bağdadda "Kral Ailəsi" adı ilə təşkil edilən sərgidə, ilk dəfə olaraq İraq dövlətini quran və bir dövr ölkəni idarə edən kral ailəsinə aid əşyalar sərgilənib. Bağdad Mədəniyyət Mərkəzində təşkil edilən sərgidə, İraq dövlətini quran və ölkəni 1921-1958 dövründə idarə edən kral ailəsinə aid şəxsi əşyalar və o dövrün rəsmi yazışmaları,ədəbiyyat kitabları, qəzet və jurnallar nümayiş etdirilib. "Kral ailəsi İraqı möhkəm təməllər üzərinə qurdu" deyən Bağdad Mədəniyyət Mərkəzinin müdiri Mahmud Abdulcəbbar Aşura verdiyi müsahibəsində, İraqın yaxın tarixini bilməyən yeni nəsilləri məlumatlandırmağı hədəflədiklərini bildirib. Sərgidə, I Kral Faysal, Kral Qazi və II Kral Faysalın istifadə etdiyi fayton, velosiped, avtomobillər, nişanlar, medallar, qılınclar, tapançalar, kralların rəsmi yazışmaları, II Kral Faysalın ibtidai məktəbdə çəkdiyi şəkillər, kralların gündəlik həyatını əks etdirən fotoşəkillər, ölkənin o dövrdəki siyasi və ictimai həyatını əks etdirən qəzet, jurnal və müxtəlif növlərdə kitablar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.