Bakıda şirkətin seyfindən pul oğurlayan şəxs tutulub

13 Oktyabr 2015 16:38 (UTC+04:00)

Bakıda şirkətdən oğurluq edilib.

 

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də "Bakı İstehsalat Tikinti" şirkətindəki xidməti otaqlardan birində olan seyfdən 1200 manat oğurlamış oranın işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.