O atladı və qazandırdı

16 Oktyabr 2012 17:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Avstriyalı Feliks Baumqartnerin 39 km yüksəklikdən tullanaraq 9 dəqiqəlik enişi ərzində saatda çatdığı 1.343 km ilə səs sürətini keçən insan olması, Y"ouTube"u da rekorda aparıb. Feliks Baumqartnerin kosmosdan enməsi "Youtube"da ən çox izlənilən canlı video rekordunu qırıb. "Youtube"un rəsmi bloqunda yayımlanan məlumata görə, Baumqartnerin enişinin əvvəlində 7.1 milyon adam "Youtube"da yayımı izləyərkən bu rəqəm enmə zamanı 8 milyona çatıb. Hər hansı bir vasitə istifadə etmədən səs sürətini keçən ilk insan adını qazanan Feliks Baumqartnerin enişi enerji içkisi "Red Bull" və İsveçrənin saat markası "Zenith"ə 8 milyon adama canlı reklam etmə imkanı təqdim edib və "Youtube"un ziyarətçi sayını da rekorda aparıb. Belə ki, "Youtube"un bir ziyarətçi başına gəliri 10.6 dollar səviyyəsində olduğu diqqətə alındığı zaman "kosmos atlayışı"nı canlı seyr edən 8 milyon istifadəçi dünyanın ən böyük video paylaşma saytı olan "Youtube"a bilvasitə olaraq 84.8 milyon dollar qazandıracaq.